irişmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
irişmək
I. f. Çatmaq, yetişmək. Bahar oldu, açıldı yüzündən pərdə gülzarın; İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın. Nəsimi. Doğulduğu gecədən irişincə bu günə; Yollarda yonca kimi böyüdü öz-özünə. Ə.Cavad.
II. f. dan. Boş-boş gülmək, hırıldamaq; dişlərini ağartmaq. Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi. S.Rəhman. Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi: – Ay lopabığ, yəqin oğurluq ətidir. Ə.Abasov. Mən də malları gündə dörd dəfə suya gətirəcəyəm, – deyə Yusif irişdi. B.Bayramov. irişə-irişə zərf Dişlərini ağardıb güləgülə, boş-boş gülə-gülə. [Vəli irişə-irişə:] Mən bilirəm, sən nə istəyirsən.. Ü.Hacıbəyov. Molla Qurban salam verəndə Fərrux diksinib başını qaldırdı və irişə-irişə dedi.. Ə.Vəliyev. Cılız, gödəkboy Əliqulu xoşa getmək üçün irişə-irişə dedi.. M.Süleymanov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
irişmək
I. çatmaq, yetişmək
{çatmak, yetişmek}
II. gülmek, hırıldamaq
{gülmek, şakırdamak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
irişmək
sırıtma