iqtidar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
iqtidar
is. [ər.]
1. Qüvvət, taqət, güc. Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqtidarı çatmır. – Bura adətən can verən əsirlər, ayağı üstündə durmağa iqtidarı olmayanlar gətirildiyi üçün, bu “ölüm hücrələrinin” keşiyi zəif idi. Ə.Məmmədxanlı.
2. Qüvvəsi çatma, gücü çatma, imkanı olma. Zeynal nəinki borclarını verib təmizləmək və ya arvadına və çocuqlarına paltar və ayaqqabı almaq iqtidarında deyildi, hətta gündəlik xərcə də para yetirə bilməyirdi. S.Hüseyn. Baş leytenant öz bölüyü ilə hər vaxt hər bir əmrin öhdəsindən gəlmək iqtidarına malikdir. Ə.Əbülhəsən. // Güc, səlahiyyət, etibar. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. İqtidarın, malın, pulun çoxdur; Xalqa ondan vəli kömək yoxdur. A.Səhhət.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
iqtidar
qüvvət, taqət, güc
{kuvvet, takat, güç}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
iqtidar
iktidar