idbar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
idbar
[ər.]
1. sif. Çirkin, kifir, eybəcər. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. M.Ə.Sabir. Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç kəs də onu almaq istəməyir. B.Talıblı.
2. is. klas. Bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü (iqbal ziddi). Getdi başından, könül, ol sərv qəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.P.Vaqif. Nəql edim bir-bir sənə mən hər yerin əhvalını; Bax, düşün, gör onların idbarını, iqbalını. Ə.Qəmküsar.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
idbar
çirkin, eybəcər, kifir, bədheybət
{çirkin, kötü, yakışıksız, korkunç}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
idbar
kötü, yakışıksız