turklehceleri.org

həya

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

həya

is. [ər.]
1. Abır, ar, ismət, namus, utanma hissi. ..Qulluqçuya oxşayan qızın simasında isə qüssə ilə qarışmış qəribə bir ismət və həya vardı. M.İbrahimov. Abır, həya, hörmət bilməyən gözəl; Çəksə də üzünə pərdə, yaraşmaz. Aşıq Şəmşir. • Həya etmək (qılmaq) – utanmaq, abrını gözləmək, ədəb gözləmək, özünə ar bilmək, ar etmək, xəcalət çəkmək. Bir-iki küçə dolandısa da Nurəddin həya edib heç kəsə əl uzada (dilənə) bilmədi. S.S.Axundov. Gəlinin utancaqlığı, hətta gəlib başının üzərində dayanan adamın üzünə baxmaqdan həya eləməsi Səmədə daha xoş gəldi. İ.Hüseynov.
2. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri. [Çopo:] [Qızların] həya yerlərindən başqa bədənləri tamamilə açıq idi. Çəmənzəminli. ‣ Həyanı yeyib, abrını tullamaq – heç bir şeydən utanmamaq, abrını atmaq, həyasızlıq etmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

həya

I. abır, ar
{utanma, ar}

II. utancaqlıq, xəcalətlik
{utangaçlık, edeplilik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

həya

hayâ, utanç


Last searches: