hopmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hopmaq
f. Canına, içinə keçmək; sorulmaq. Su torpağa yaxşı hopur. – Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. İlk nəzərdə bu meşəliyin mənzərəsi ürəksıxıcı idi, taxtaşalbanına başdan-başa mazut hopmuşdu.. İ.Qasımov. // məc. Nüfuz etmək. Birdən bu son işıq zərrələri də elə bil zülmətə hopur, aləm yenə də qaranlığa cumurdu. Ə.Əbülhəsən. Hopdu ruhumuza bayatılardan; Nəğməyə bənzəyən ləhcələrimiz. B.Vahabzadə. ‣ Qanına-canına hopmaq – bax. qanına yerimək (keçmək, işləmək) 2-ci mənada (“qan”da).
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
hopmaq
I. çökmək, yatmaq
{çökmek, yatmak}
II. çökmək
{çökmek}