haradan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
haradan
sual əvəz. Hansı yerdən? hayandan? hansı tərəfdən? Haradan gəlirsən? Haradan almısan? Haradan gəlmisənsə, oraya da getməlisən. Onun əsli haradandır? – [Murad] Nigar kimi gənc, gözəl, çocuqlarına mehriban bir qadını haradan tapacaqdı? S.Hüseyn. Bu çayların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. M.Hüseyn. // Haradansa şəklində – hansı yerdənsə, hayandansa (naməlum, bəzən gözlənilməz bir şey haqqında). Haradansa uzaqdan güllə səsi eşidildi. – ..Haradansa əsib gələn .. bir sazaq insanın iliyinə işləyirdi. M.İbrahimov. Fəhlələr haradansa xörək tapıb gətirmişdilər. M.Hüseyn.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
haradan
nereden