turklehceleri.org

halva

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

halva

is. [ər.] Yağda qovrulmuş un və doşabdan, bəzən də baldan, şəkərdən bişirilən Şərq şirniyyatı. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. [Xanməmməd] ..heç bir təklif olmadan süfrədən halva götürüb ağzına qoydu. Çəmənzəminli. • Halva çalmaq – halva bişirmək. [Vaqif:] Lələ, uşaqlara de, bir yaxşı halva çalsınlar. Çəmənzəminli. Telli öz otağında halva çalırdı. S.Hüseyn. // Şirni ilə küncüd, qoz, fındıq və s.-dən hazırlanan şirniyyat növü. Küncüd halvası. Qoz halvası. ‣ Halvasını çalmaq – məhvini, ölümünü hazırlamaq. Millət özü halvasını çaldı ağaların; Sən barı çək əl, şah ilə sultanə dolaşma. Ə.Qəmküsar.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

halva

helva


Last searches: