gəlhagəl
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gəlhagəl
I. is. Ardı-arası kəsilməyən bol gəlir. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü). Bir il, dava düşən ili tacirlərin gəlhagəli idi. Mir Cəlal. Dedikcə yorulmadı öz ata-anasından; Vaxtilə gördükləri dövlətdən, gəlhagəldən. S.Rüstəm. // Məc. mənada. – [Niyaz:] Kefinin gəlhagəlidir, a bəxtəvər. Ə.Haqverdiyev.
II. zərf Uzun yol gələrək, böyük məsafə qət edərək; gələ-gələ. Gəlhagəl kəndə çatdılar. – Gəlhagəl gəlib yetişdilər arvadın həyətinə. “Koroğlu”. Gəlhagəl, gəlhagəl; Gəlib çatdılar dağa. “Aşıq Ələsgər”.