turklehceleri.org

günü

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

günü

is.
1. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad. Hacı evə günü gətirmək niyyətini Münəvvər xanımın qulağına elə doldurdu ki, arvadın heç ruhu da incimədi. Mir Cəlal. // Bu cür ailədəki arvadlardan hər biri. Günülərin davası. – [Nazlı:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli. Cırmaqlama, didişmə olur, günülərin birisi digərinin xınalı saçlarını çəngə-çəngə yolurdu. S.Rəhimov.
2. məc. Düşmən, rəqib mənasında. Ancaq o çox sadədir; tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə; qanlıbıçaq, günüdür. R.Rza. ‣ Günü düşmək – birilə düşünüşmək, düz gəlməmək, ziddinə getmək. ..Göyərçin çox-çox ildi ki, Gülsənəm qızla günü düşübdür. S.Rəhimov.


Last searches: