ağlamsımaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ağlamsımaq
(=ağlamsınmaq) f. Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq. Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli. // Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək. Mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. M.S.Ordubadi. Səlimnaz arvad ağlamsınan bir tərzdə köksünü ötürdü. M.Hüseyn.