görməmiş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
görməmiş
is. Birdən-birə əlinə düşən şeyə qarşı özünü saxlaya bilməyərək acgözlük və yersiz hərəkətlər göstərən adam haqqında. Qamış ola, camış ola; Özü də görməmiş ola. (Ata. sözü). Lovğalanıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. // Sif. mənasında. Görməmiş adam. görməmiş-görməmiş zərf 1) görməmiş adam kimi. [Bəy:] Ə, kəs, görməmişgörməmiş danışma! S.Rəhimov; 2) görmədiyi, tanımadığı, bilmədiyi, bələd olmadığı halda. Görməmiş-görməmiş birisi haqqında danışmaq.