turklehceleri.org

hökm

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

hökm

is. [ər.]
1. Əmr, buyruq, sərəncam. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahı qərar verilib. C.Məmmədquluzadə. [İskəndər:] Hökmümə baş əydi Hind, Həbəş, İran. A.Şaiq. • Hökm çıxmaq – əmr gəlmək, göstəriş verilmək. ..Möminlər və dindarlar mərkəzindən hökm çıxmışdı ki, gərək qurban bayramının günü bir nəfər oxumuş məscidə gəlməmiş olmasın.. C.Məmmədquluzadə. Hökm etmək (eləmək) – 1) əmr etmək, buyurmaq, sərəncam vermək. Padşah hökm elədi, həkimi Diləfruz xanımın yanına apardılar. “Məsum”. Mən aşıq dara çəkər; Zülfünü dara çəkər; Şahın qəzəbi tutsa; Hökm elər, dara çəkər. (Bayatı); 2) məc. ağalıq etmək, hökmranlıq etmək, hökm sürmək. [Nüşabə:] Fələklər dönsə də, ürəyim dönməz; Zülmət hökm etsə də, al günəş sönməz. A.Şaiq. Təyyarə meydanı, qazma daxmalar; Ətrafda hökm edir çovğun, şaxta, qar. M.Rahim. Hökm sürmək – bax. hökm etmək 2-ci mənada. İndi hökm sürür acı hıçqırıq; Ağlayıb, ağlayıb, susdular artıq. M.Rahim. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı. S.Rəhimov.
2. İşə baxdıqdan sonra məhkəmənin çıxardığı qərar. Məhkəmənin hökmü. Hakim hökmü elan etdi. – Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət. • Hökm vermək – işə baxdıqdan sonra məhkəmədə qərar çıxarmaq. // məc. Güc, qüvvə, təsir. Yayın hökmü keçdi. – Qışın hökmü rəvandır; Hər tərəf ağ boyanmış. R.Rza. ‣ Hökmdən düşmək hüq. – öz qüvvəsini itirmək, əhəmiyyətini itirmək, nüfuzunu itirmək. Köhnə qərar hökmdən düşdü. Hökmü keçmək – 1) hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək; 2) bax. hökmdən düşmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

hökm

sərəncam, əmr, buyruq, göstəriş
{ferman, emir, buyruk, gösteriş}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

hökm

hüküm, yargı


Last searches: