geyinmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
geyinmək
qayıd.
1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək. Mirzə durub libasını geyinib getdi usta Zeynalın dükanına. Ə.Haqverdiyev. Camal həmin saat qalxıb geyindi. M.Rzaquluzadə. Dan yerinə səda düşəndə Firəngiz geyinib hazırlaşmışdı. B.Bayramov.
2. Bu və ya başqa dəbdə, keyfiyyətdə, növdə paltar geymək. Qısa geyinmək. İpək paltarlar geyinmək. – Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim, .. başdanayağa şıq geyinmişdi. Çəmənzəminli. Biz qalstuk taxırıq; Biz dəblə geyinirik. B.Vahabzadə.
3. məc. Örtülmək, üzərinə pərdə çəkilmək. Çöllər yaşıl geyinmişdi. – Geyinmiş dan yeri yenə qırmızı; Doğmuş səhərlərin müjdə yıldızı. S.Vurğun. Dərə-təpə al geyindi; Açdı əlvan gülün dağlar. Aşıq Şəmşir.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
geyinmək
giydirmek, giyinmek