turklehceleri.org

geyimli

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

geyimli

sif.
1. Əynində geyimi, paltarı olan, paltarlı. [Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər. Ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. H.Cavid. // Geyinmiş, əynində geyimi olan, paltarlı (çılpaq əksi). Geyimli halda bayıra çıxdı. Geyimli uşaq. 2 məc. Üzəri bir şeylə örtülmüş, örtülü. Yaşıl geyimli təpələr. – Al-əlvan geyimli dağlar gözəli, Sən kimdən öyrəndin vüqarı, lalə? N.Rəfibəyli.


Last searches: