turklehceleri.org

getdikcə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

getdikcə

zərf
1. İrəlilədikcə, irəli hərəkət etdikcə, qabağa doğru gedə-gedə. Yol getdikcə söhbət etmək. – Maşın getdikcə onun çarxlarının buraxdığı izlər qumun üstündə qalırdı. H.Seyidbəyli.
2. Uzandıqca. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq.
3. məc. Tədricən, yavaş-yavaş, zaman keçdikcə. Getdikcə bu məhəllənin halı fənalaşdı. N.Nərimanov. Mirzağanın Cəmiləyə qarşı olan meyli və məhəbbəti getdikcə artırdı. S.Hüseyn. [Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiyyətini andırırdı. H.Nəzərli.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

getdikcə

gitgide, gittikçe


Last searches: