gedibgəlmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gedib-gəlmək
f.
1. Bir yerdən başqa yerə hərəkət etmək (bir istiqamətdə olan hərəkətin təkrar etdiyini və müxtəlif vaxtlarda cərəyan etdiyini göstərir). Bu otağa keçən adam həyətdən gedib-gələ bilərdi. S.Hüseyn. Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn.
2. məc. Əlaqəsini, dostluğunu davam etdirmək. Daha onlara gedib-gəlmir.
3. məc. Ölüb-dirilmək. Hər adam neçə kərə dirili, dünyaya gəlib; Bu gedib-gəlməyin olmazmı məgər payanı? S.Ə.Şirvani.