fəsilə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
fəsilə
is. [ər.] biol. Quruluşca oxşar, mənşəcə bir-birinə yaxın bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrup. Quru otlar içərisində ən yaxşıları – paxla və taxıl fəsiləsinə mənsub olan təbii biçənək otları: yonca, üçyarpaq, vələmir və külül (çölnoxudu) qarışığı, sudanotu və sair əkmə otlardır. – Bitkini təyin etmək dedikdə, onun hansı fəsiləyə, cins və növə aid olduğunu müəyyən etmək nəzərdə tutulur. H.Qədirov.