turklehceleri.org

fəsad

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

fəsad

is. [ər.]
1. Nifaq, qarışıqlıq, fitnə, intriqa. Bizdə görünməz nə fəsadü nifaq; İşləməyə bir-birimizdən qoçaq. M.Ə.Sabir. Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər. C.Məmmədquluzadə. • Fəsad düşmək – hərc-mərclik düşmək, qarmaqarışıqlıq düşmək, asayiş, əmin-amanlıq pozulmaq, dava düşmək, nifaq düşmək. Fəsad salmaq – hərc-mərclik salmaq, ara qarışdırmaq, nifaq salmaq, intriqa salmaq. Aralarına fəsad salmaq. – Həm də olurdu uşaq dərsdə bədetiqad; Məzhəbə rəxnə vurub, dinə salırdı fəsad. M.Ə.Sabir.
2. tib. Xəstəliyin törətdiyi ağır, qorxulu nəticələr; pozuqluq. Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. “Qabusnamə”.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

fəsad

I. fitnə, şər, böhtan, iftira
{fitne, şer, bühtan, iftira}

II. qarışıqlıq, nifaq
{karışıklık, nifak}


Last searches: