turklehceleri.org

fiziki

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

fiziki

sif.
1. Fizikaya aid olan. Fiziki nəzəriyyə. Fiziki elmlərin müasir vəziyyəti.
2. Fizikanın məşğul olduğu hadisələr sahəsinə aid olan. Torpağın fiziki xassələri. Fiziki proseslər. Əsas fondların fiziki aşınması.
3. İnsan orqanizminə aid olan; cismani. Fiziki nöqsan. // Bədən hissləri ilə bağlı olan. Fiziki əzab.
4. Əzələ, damar fəaliyyətinə aid olan; qeyri-zehni. Fiziki məşqlər. Fiziki əmək. – Dərs hazırlamağa oturmamışdan əvvəl fiziki işlə məşğul olmaqdan İkramın xoşu gəlirdi. Ə.Əbülhəsən. ..Qərib isə o dünyalıqdı, mənən saf və təmiz olan bu insanın fiziki qüvvəsi tükəndi. İ.Məlikzadə. ‣ Fiziki kimya – kimyəvi hadisələri fiziki üsullar vasitəsilə öyrənən, fizika ilə kimyanı birləşdirən elm. Fiziki coğrafiya – Yerin səthini, iqlimini, bitki və heyvanat aləmini öyrənən elm. Fiziki coğrafiyanın ümumi nəzəriyyəsinin inkişafı üçün Vernadskinin tədqiqatları böyük əhəmiyyətə malikdir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

fiziki

cismani
{cismani}

Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)

fiziki

[fi:ziki], syp. Adamyň beden taýdan ösüşine degişli. Aşgabadyň etegindäki Gökdere jülgesindäki çagalar sagaldyş merkezlerinde we Hazaryň kenarynda döredilýän “Awaza” milli syýahatçylyk zolagynda dynç almaklary we olaryň fiziki taýdan sagdyn ösmegi üçin ähli şertler göz öňünde tutuldy (Gurbanguly Berdimuhamedow. Ahalteke bedewi – biziň buýsanjymyz we şöhratymyz).
 ‣ Fiziki şahs hukuk subýekti, onuň üsti bilen hukuk tertibi her adamyň hukuk durmuşyna gatnaşmaga bolan hukugyny ykrar edýär, şeýle-de ol şahs hukuklaryň we borçlaryň göterijisi bolýar (ser. Şahs).


Last searches: