turklehceleri.org

firqə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

firqə

is. [ər.] köhn.
1. bax. partiya 1ci mənada. Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. İ.Şıxlı. Nədir bu partiya? Mən anlamıram; Firqə, dar çərçivə, firqə bir qəfəs! B.Vahabzadə.
2. Camaat, tayfa. Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; Əhatə eyləyiblər başqalar elm ilə dünyanı. S.Ə.Şirvani. // Zümrə, ictimai təbəqə. Gələcəkdəki məqaləmizdə Qasım bəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən şair firqələrin barəsində yazdığı şeirlərdən danışıb əsil mətləbə keçəcəyik. F.Köçərli.


Last searches: