turklehceleri.org

dəruni

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dəruni

sif. [fars.] Ürəyə, qəlbə, daxilə, daxili aləmə mənsub olan, aid olan, məxsus olan. ..Ruhiyyat alimləri də başqasının ruhunu və başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və dəruni xüsusiyyətləri ilə ölçmüşlər. M.S.Ordubadi. [Nizami] Afaqın səsində təqib edilməkdə olan doğma ana dilinin o qəribə və dəruni musiqisini eşidib həyəcanlanır, bu dildə yaratmaq, bu dildə ötmək, bu dildə ağlamaq həsrəti qəlbini yandırıb-yaxırdı. Ə.Məmmədxanlı. // Ürəkdən gələn, içdən gələn, səmimi. Mədəndə işə girdikləri ilk həftədən bu balaca otaqda dəruni bir dostluq yaranmışdı. M.Hüseyn.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dəruni

derin, içten


Last searches: