dəb
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dəb
is. [ər.] Xalq arasında yayılmış adət, ənənə. Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz. Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza. // Moda. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi. M.Hüseyn. • Dəb düşmək – ümumi adət və vərdiş halını almaq, moda olmaq. [Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür. Mir Cəlal. Dəb salmaq (gətirmək) – olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq. Köhnə kəndə təzə dəb salmaq (gətirmək). (Məsəl). [Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan. Ü.Hacıbəyov. Dəbdən düşmək (çıxmaq) – adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq. Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən .. bir dövrdə dünyaya gəldik. M.S.Ordubadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dəb
adət, ən’ənə
{âdet, gelenek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dəb
âdet, gelenek