turklehceleri.org

dürr

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dürr

is. [ər.]
1. İnci, mirvari. // məc. Şairanə təşbehlərdə gözəlin dişlərinə işarə. Ləli-ləbi bənzər gövhər kanına; Düzülüb gövhərtək dür dəhanına. M.V.Vidadi. Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dür diş, ərğəvan dodaq. M.P.Vaqif. Sədəf dəhanında sərasər dişi; Dürri-bihəmtadır mədən içində. Q.Zakir.
2. məc. Saf və təmiz şey mənasında (ümumiyyətlə, saflıq, təmizlik rəmzi kimi işlənir). ...İnsan [Zərqələmə] baxarkən, qədim şairlərin dediyi kimi, palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq. • Dürr kimi məc. – bərraq, parlaq şey haqqında. Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dürr kimi, düşər ot üstə jalələr. A.Səhhət. ‣ Ağzından dürr tökmək (tökülmək) – çox gözəl mənalı və rəvan danışmaq, gözəl və dəyərli sözlər söyləmək (bəzən təmtəraqla, lakin məzmunsuz danışmaq mənasında istehza məqamında işlənir). Yeriyəndə kətan köynək dizindən; Danışanda dürr tökülür sözündən. “Əsli və Kərəm”. Ağzından dürr tökür zalımın qızı; Bizdən yaxşı bilir dolanmamızı. S.Vurğun. [Tahir:] Kişinin oğlu danışanda ağzından dürr tökülür. M.Hüseyn.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dürr

inci


Last searches: