turklehceleri.org

döş

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

döş

и. түш, күкрәк

Pure Turkish to Turkish (Kuleli)

döş

1. Bağır, Sine
2. Bağır

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

döş

Türkiye Türkçesi: döş
Azerbaycan Türkçesi: döş
Başkurt Türkçesi: tüş kükräk
Kazak Türkçesi: tös kökirek
Kırgız Türkçesi: töş
Özbek Türkçesi: töş
Tatar Türkçesi: tüş kükräk
Türkmen Türkçesi: dȫş
Uygur Türkçesi: töş
Rusça: grud'

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

döş

is.
1. Bədənin, boyundan qarına qədər olan ön hissəsi; köks, sinə. Döş qəfəsi. Döş əzələləri. – ..Ciyər sinənin içində olur ki, qutu kimi şeydir. Onun qabaq tərəfi döş sümüyü və qabırğalardır. H.Zərdabi. Ayna islaq başını Ayazın döşünə qoydu. Ə.Məmmədxanlı. // Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyə. Döşü ilə dərindən nəfəs almaq. – [Əvvəlinci azarlı:] ..Bax, hərdənbir döşümün burasından ki bir ağrı tutur, dəxi qoymur nəfəsimi alım. C.Məmmədquluzadə. • Döş(ün)ə salmaq – aşağı sallamaq, uzatmaq. ..Dərviş başını döşünə salıb, qaşqabağını qara bulud kimi töküb, bir xeyli zamandan sonra uyqudan oyanmış şir kimi saçlarını silkələyib, qaşqabağını yuxarı çəkib başladı. A.Divanbəyoğlu. // At və s. heyvanların boynu ilə qabaq ayaqlarının yuxarısı arasındakı ön hissə. Atın döşü.
2. Məmə, əmcək. Bizə döşlərindən süd verən ana; Bizi tapşırmışdır Azərbaycana! S.Vurğun. • Döş vermək, döşə salmaq – əmizdirmək, süd vermək. Döşdən ayırmaq – süddən ayırmaq, süddən kəsmək. [Tükəz:] Südəmər tifilləri döşümüzdən ayırırıq. Ə.Əbülhəsən. // Məməli heyvanlarda: əmcək, yelin. Sağımdan əvvəl inəyin döşünü yaş dəsmalla silmək lazımdır.
3. Paltarın, köynəyin döşü örtən hissəsi. Köynəyin döşü. Döş cibi. – [Cavad] ayağa qalxdı, yarımkürkünün döşünü düymələdi. Ə.Vəliyev.
4. Dərin, təpənin yamacı. [Nəbi] özünü bir döşə vurub düdük çalırdı. “Qaçaq Nəbi”. ..Bir dağın döşündə, yolun qırağında bir böyük köç gördüm. A.Divanbəyoğlu. Döşlərdə dəniz kimi dalğalanan yaşıl otlar .. onun könlünə dərin bir sevinc verirdi. M.Hüseyn.
5. Ümumiyyətlə, bir şeyin önü, qarşısı, qabağı. • Döşünə qatmaq – qabağına qatmaq. Qatardı at döşünə, bax, onların cümləsini. Aşıq Əli.
6. Hafizə, yaddaş mənasında. Hamısını döşündən deyir. – [Hüseynəli əmi] Təbrizin 75 illik tarixini döşündə toplamışdı. M.S.Ordubadi. ‣ Döş gərmək – özünü qorxmadan qabağa verərək mərdcəsinə qorumaq; sinə gərmək, köks gərmək; müqavimət göstərmək. Onun hər baxışında çəkilməz bir müsibətə qarşı döş gərdiyi və bundan da müdhiş bir ağırlıq hiss etdiyi aydınca sezilirdi. M.S.Ordubadi. Döş vermək – bax döş gərmək. Döş vurmaq – 1) məc. gücünü sınamaq, zor gəlmək, həmlə etmək. Çay əvvəlcə gücünü sınayırmış kimi bəndə bir döş vurdu. Ə.Vəliyev; 2) dindarların məhərrəmdə əlləri ilə öz sinələrinə vurmaq mərasimi. Əhvalat vaqe olur məsciddə, .. varlılar oturublar minbər yanında, fəqir-füqəra döş vururlar. M.Əliyev. Döşə çəkmək – özünə yaxınlaşdırmaq. Döşü atlanmaq – 1) tövşümək, sinəsi tutulmaq. Səlim döşü atlana-atlana (z.) raykom katibinə şikayətləndi. S.Rəhimov; 2) lovğalanmaq; çox yersiz fəaliyyət göstərmək. Döşü gəlmək – 1) döş xəstəliyinə tutulmaq; 2) döşü şişmək, iltihab etmək (qadınlarda). Döşünə çəkmək – 1) qucaqlamaq; 2) himayə etmək, himayəsi altına almaq, saxlayıb bəsləmək. Mənim həmişə fikrim bu idi ki, qardaşım oğlunu döşümə çəkim və bircə nəfər, sizdən ayıb olmasın, qızımı da ona verim. Ə.Haqverdiyev. Döşünə düşmək (yatmaq) – xoşuna gəlmək, işinə gəlmək, ürəyinə yatmaq, xoşlamaq. ..Tarın çaldığı hava döşünə düşmədi, qırmancın çaldığı nəva döşünə düşər, əlləzinəni əzbərdən oxuyarsan! Ə.Məmmədxanlı. Döşünə vurmaq (döymək) – lovğalanmaq, özünü öymək, öyünmək. Adım çəkildikcə eldə, obada; Döşümə döymədim, lovğalanmadım. S.Rüstəm. Döşünü qabartmaq – lovğalanmaq, təşəxxüslənmək. döş-döşə: döş-döşə gəlmək – 1) qarşılaşmaq, üz-üzə gəlmək, qabaq-qabağa çıxmaq. [Slavçinski:] Biz Nəbini açıqda döşdöşə gəlməklə tuta bilməyəcəyik. “Qaçaq Nəbi”. [Paşa:] Əgər bizim aşıqla döş-döşə gəlib onu bağlaya bilsən, səni azad edərəm. “Aşıq Qərib”; 2) döyüşmək, güləşmək, mübarizəni mərdcəsinə açıq şəkildə aparmaq. Əvvəllər beləydi: durub döş-döşə; Çıxardı düşmənlər açıq döyüşə... B.Vahabzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

döş

I. köks, sinə
{göğüs, sine}

II. məmə, əmcək
{meme, emzik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

döş

göğüs

Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)

döş

[dö:ş], at. Bedeniň gapyrgalary birleşdirýän öň tarapky süňkli bölegi.
 ‣ Döşüňe kakmak men-menlik etmek, öwünmek; ulumsylyk, gopbamsylyk etmek. Döşüňi gaýşartmak gujurly, gaýratly bolmak. Ýel näçe gazaba münse-de, onuň öňünde ýan bermän, döşümi gaýşardyp durjagymy, iň soňunda üstün çykjagymy hem duýdurýan (B. Kerbabaýew). Döşüňi germek janyňy gaýgyrman, mertlerçe goramak. Döşüňi gerip, Watany goramak.


Last searches: