dorağacı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dorağacı
(=dor) is. Müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək. ..Çıxasan dorağacına, baxasan dəryayə; Açasan bad əsən canibə yelkan, Yusif! S.Ə.Şirvani. Ki, nagah bir qara bayraq açıldı dorağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Deyəsən, batmış bir gəmini çətinliklə dənizdən çıxarırdılar, dorağacı yavaş-yavaş görünməyə başlayırdı. Mir Cəlal. ‣ Dor dibindən qaçan vulq. – hər cür pis işdən çıxmış adam haqqında.