dağlı
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
dağlı
с. таулы
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dağlı
I. is. Dağlıq yerdə yaşayan adam. Burada dağlılar yaşar bəxtiyar; Qürurdan aralı, kindən aralı. S.Vurğun. // Dağıstanlı, Dağıstan əhli. Keçmiş əsrin altmışıncı illərində .. bir mütəxəssis rus əlifbasını dağlıların məxrəcinə görə tətbiq etmişdir. F.Ağazadə. // Sif. mənasında. Dağlı əhali.
II. sif.
1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. Dağlı heyvan. Dağlı at.
2. məc. Adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə – çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. Ürəyi dağlı adam. – Qəribəm, ağlaram aləm içrə mən; Ciyəri eşq oduna dağlıyam mən. “Aşıq Qərib”. [Tamara:] Bir dustağam, qolum bağlı; Bir qəribəm, sinəm dağlı. S.Vurğun. Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dağlı
dərdli, qəmli
{dertli, kederli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dağlı
ıstıraplı