darvaza
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
darvaza
is. Əsasən nəqliyyatın keçməsi üçün böyük həyət qapısı; alaqapı. Dəvəçi ilə dost olanın darvazası gen gərək. (Ata. sözü). ..Kərbəlayı Cəfər darvazanın səkisində oturub pendir-çörək yeyirdi. C.Məmmədquluzadə. Gəzib güclə bir qapı tapa bildim. Bu, sınıq bir darvaza idi. S.Rəhman. // Qədim şəhərlərin, qalaların hasarındakı böyük qapı. ‣ Darvazasını (darvazamı) fələk vurmaq – bədbəxtlik, fəlakət üz vermək, bədbəxt olmaq. Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: – Darvazamı fələk vurubdur. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
darvaza
alaqapı
{büyük kapı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
darvaza
kapı