daraq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
daraq
is.
1. Saçı darayıb düzəltmək üçün dişli alət. Narındişli daraq. Başını daraqla daramaq. – Siyah zülfü daraq ilə dara, gör. Qurbani. • Daraq çəkmək – daramaq. Müşkünazın qoyun-qoltuğuna sərinlik dolduqca, külək saçlarına daraq çəkdikcə ürəyi dincəlir, istisi azalırdı. Ə.Vəliyev. Daraq görməmək – heç daranmamaq. Qıvrım saçlarının birbirinə qarışması saçlarının daraq görmədiyini bildirirdi. M.S.Ordubadi. // Qadınların saçlarını bir yerdə saxlamaq və bəzək üçün saçlarına taxdıqları zinət şey.
2. Yun və s. lifli şeyləri daramaq üçün alət. Yun darağı. Kətan darağı.
3. Müxtəlif məqsədlər üçün işlədilən darağaoxşar alətlərin, yaxud onların bu şəkildə olan hissələrinin adı. İpləri darağa düzmək. Toxuma dəzgahının darağı. Kombaynın darağı.
4. Araba oxunun söykəndiyi oyuq. Pəri arabanın darağını buraxmırdı. Ə.Əbülhəsən.
5. Silahın (tüfəngin və s.-nin) sandığına keçirilən patronları yan-yana qoymaq üçün qab, qutu. Üçüncü gün onların patronları qurtardı, hərəsində ancaq bir daraq patron qalmışdı. “Qaçaq Nəbi”. Tüfəngin üstündəki dolu patrondaşın daraqları parıldayırdı. M.Hüseyn. Daraqlar boşalıb, indi neyləmək? M.Rahim.
6. Ot dırmığı. Biçilən otu daraqla tağlamaq.
7. zool. Balıqların hava yerinə su alıb verdikləri dəlikləri qapayan qulağaoxşar qanadcıqlar.
8. Bəzi quşların başında yelpiyəoxşar kəkil; pipik. Şanapipiyin darağı.
9. Bal şanı. Bir daraq bal. Qış üçün hazırlanmış daraq balı.
10. Pambıq gülü. Quraqlıq olanda pambıq darağını tökər.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
daraq
tarak