turklehceleri.org

dairə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dairə

is. [ər]
1. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. Dairə cızmaq. Dairə xətti.
2. riyaz. Həmin çevrənin daxilində qalan yuvarlaq səth. Dairənin səthi. // Həmin şəkildə olan sahə, səth və s. Dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. • Dairə salmaq – dairə şəkli almaq, girdələnmək. Ay dairə salıb. Dairə vurmaq – 1) dairə şəklində yığılmaq, düzülmək, dövrə vurmaq; 2) məc. az rəqs etmək, oynamaq.
3. Respublika, rayon, şəhər və b. sözlərdən sonra gələrək, həmin inzibati bölgünün bütün sahəsi mənasında işlənir. Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairəsindən çıxmaq.
4. Bir şeyin yayıldığı və təsir etdiyi sahə. Nüfuz dairəsi. – Dənizdən əsən soyuq dekabr küləyi alovu üfürdükcə yanğının dairəsi genişlənirdi. M.Hüseyn. Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardılar. Ə.Sadıq. // məc. Hüdud, çərçivə. Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. M.S.Ordubadi.
5. Mühit, fəaliyyət sahəsi. Bizim əqidəmizə görə, müəllimin ürəyində atəş olsa, bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər. F.Köçərli.
6. Dövlət sahəsinin inzibati, siyasi, təsərrüfat, hərbi və s. nöqteyi-nəzərindən bölgüsü. Seçki dairəsi. Hərbi dairə.
7. tar. 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində inzibati-ərazi bölgüsü; rayon. Bu şəxs Ağdam dairəsində olur. Ə.Haqverdiyev. Balaxanı-Sabunçu dairəsindəki dəmiryol qatarı yenə adəti üzrə yubanmışdı. M.S.Ordubadi.
8. tar. Bəzi idarələrin adı. Məhkəmə dairəsi. Gömrük dairəsi. – Şəhərin əyan və nücəbası, sərkərdələr və yüksək vəzifədə olanlar dəstə-dəstə hökumət dairəsinə gəlib Sultan Toğrulu salamladılar.. M.S.Ordubadi.
9. Girdə şəkildə olan şeylərin ətrafı. Ayın dairəsi. Quyunun dairəsi.
10. məc. Yalnız cəm şəklində – hər hansı bir ictimai, ya həmkarlar qrupu, mühiti. Ədəbi dairələr. Ziyalı dairələri.
11. tib. Orqanizmin ayrıca hissəsi, bədənin hər hansı bir nahiyəsi. Ürək dairəsində ağrı. Döş dairəsi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

dairə

hüdud, çərçivə
{hudut, çerçeve}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dairə

çember, daire, mahfil


Last searches: