cırtdan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cırtdan
is.
1. Çox xırda adam. Telli də boy atmayır; Cırtdandan balacadır; Yaşıdı Sənəm ondan; Həm sağlam, həm ucadır. M.Dilbazi. Bir də görürsən ki, dağ boyda insan; Bir cırtdan önündə cücədir, cücə. B.Vahabzadə. [Güllü xanım:] ..Eynşteyn deyib ki, cırtdanı nəhəngin başına mindirsən də ondan nəhəng çıxmaz.. B.Bayramov. // sif. mənasında. Çox kiçik, cılız, sısqa. Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri qol-budaqlı adamın qarşısında özünü yığışdırdı. İ.Hüseynov.
2. məc. Naçiz, dəyərsiz, ləyaqətsiz adam haqqında. [Kərəmov:] Adamlığı, qabiliyyəti etibarilə cırtdan olduğu halda, özünü aslan hesab edir. İ.Əfəndiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
cırtdan
balaca, kiçicik, liliput
{ufacık, küçücük, minicik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cırtdan
bodur, cüce