cikcik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cik-cik
təql. Sərçələrin və qeyri kiçik quşların çıxardığı səs. Nədir o istəkli, o heyran baxış? Nə dadlı cik-cik, nə gözəl çırpınış! A.Səhhət. Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən quş balaları “cik-cik” edib .. qalın otlar arasına soxuldular. A.Şaiq. Nurəddin bir də gördü ki, bir ana sərçə ağzında bir göy cücü pəncərənin üstünə qondu və oradan cik-cik səsi gəldi. S.S.Axundov.