canlı
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
canlı
[Köken: Farsça+Türkçe] Diri
[Köken: Uydurukça] (yayın) Göçüre
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
canlı
с. төрле мәгъ. җанлы
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
canlı
Türkiye Türkçesi: canlı
Azerbaycan Türkçesi: canlı
Başkurt Türkçesi: yänli
Kazak Türkçesi: jandı
Kırgız Türkçesi: candū
Özbek Türkçesi: tirik cànli
Tatar Türkçesi: canlı
Türkmen Türkçesi: cãnlı
Uygur Türkçesi: canliḳ
Rusça: jivoy
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
canlı
sif.
1. Diri, sağ, yaşayan (ölü ziddi). Canlı orqanizm. Canlı hüceyrə. – Ucalan heykəl canlı bir insan kimi görünürdü. S.Rəhimov. // is. mənasında. Diri adam (heyvan), sağ adam (heyvan). Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Ə.Haqverdiyev. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var! S.Vurğun. // məc. Əbədi, daimi, ölməz. Canlı obraz. // Qurumamış, solmamış, tər. Canlı çiçəklər. Canlı ağac.
2. Canlılar və bitkilər aləminə mənsub olan; orqanik, üzvi. Canlı təbiət. Canlı materiya. Canlı aləm. – Uşaq canlı həyatı daha yaxşı görməlidir. S.Rəhimov. // İnsanlardan, heyvanlardan ibarət olan. Canlı qüvvələr. Düşmənin canlı qüvvələri tükənmişdir.
3. İri, yekə, zorba, möhkəm, qüvvətli. Kabab qanlı, igid canlı. (Ata. sözü). Dəmirçioğlu atasından gizlin bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı, Çənlibelə tərəf yola düşdü. “Koroğlu”. Novruz 30 yaşında, gödəkboy, canlı bir oğlan idi. N.Nərimanov. Yaşıl, düz və canlı qələmə ağacları baş-başa verib elə ucalır ki, deyərsən, bunlar havadan, günəşdən doymur. Mir Cəlal.
4. məc. Fəal, qızğın, coşqun, işgüzar. Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi. – Azərbaycan .. ədəbiyyatı canlı bir yaradıcılıq həyatı keçirir.. M.İbrahimov. İclas çox canlı keçdi. H.Seyidbəyli. // Canlılıq, həyat, maraq ifadə edən; ifadəli. Canlı gözlər. Canlı baxış. Canlı sifət.
5. məc. Güclü, parlaq. Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül. – [Cəmaləddin:] Ailəsi xüsusunda söyləyəcəyim sözlər [Mirzə Rzanın] mətanət və sədaqətinə bir canlı sübut olacaqdır. C.Cabbarlı. Kənd həyatında, təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq.
6. Diribaş, hərəkətli, çevik, qıvraq. Canlı uşaq. ‣ Canlı çiçək – təzə dərilmiş təbii çiçək. [Sevda:] Ah, harda o dilbər kələbəklər; Burdan süzülən canlı çiçəklər. H.Cavid. Canlı dil – 1) kitab dilindən fərqli olaraq xalqın danışdığı dil. Səmədin .. ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli; 2) bir xalqın ünsiyyət vasitəsi olan dil. Canlı Şərq dilləri. Canlı əlaqə – 1) insanların özləri tərəfindən həyata keçirilən əlaqə. Telefon vasitəsilə əlaqədən başqa, canlı əlaqə də lazımdır; 2) sıx, daimi, bilavasitə. Canlı əlaqəni davam etdirmək. Məktəblə canlı əlaqə yaratmaq. Canlı inventar – işlək və südlük mal-qara. Canlı qüvvə – adamlar və heyvanlar (mexaniki qüvvə, texnika qarşılığı olaraq). Canlı söz – yeni, maraqlı fikir ifadə edən və dinləyiciyə nüfuz edən danışıq haqqında. Adamlara canlı söz demək lazımdır. Canlı tarix – tarixi, keçmişi hadisələri, real varlığı əyani surətdə əks etdirən şey haqqında.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
canlı
I. güclü, qüvvətli
{güçlü, kuvvetli}
II. sağlam, gümrah, qıvraq
{sağlam, zinde, kıvrak}
III. kök, yoğun
{etli, şişman}
IV. diri, sağ
{diri, sağ}
V. həyati
{hayati}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
canlı
canlı
Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)
canlı
1. canlı, yanlı, taraftar, taraf, taraflı. ~ bolmak:taraf olmak, yan tutmak, karnaşı ~ bolmak: kardeşi taraflı olmak, müslimanla ~ bolmak: müslümanların tarafını tutmak, toğuz ~ dev: dokuz canlı dev, eki ~: iki yanlı, iki yüzlü. 2. (callı) kurt (mec.). Kançık ~: dişi kurt, kazak ~: kazak kurt, yalnız gezen (erkek) kurt, cıyın ~: kurt sürüsü, aç ~: aç kurt, aç ~ça cumuldu: aç kurt gibi yumuldu.