turklehceleri.org

bəlli

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bəlli

sif. Aydın, aşkar, məlum, meydanda olan. Bəlli məsələ. // Xəbər şəkilçisi ilə: bəllidir – aydındır, məlumdur, aşkardır, görünür. Dudkeş kimi bir papaq başında; Ağ tükləri bəllidir qaşında. M.Ə.Sabir. Əzəldən böyükdür gözəl vətənin; Dünyaya bəllidir şöhrətin sənin. S.Vurğun. Mötəbər mənbələrin verdiyi məlumatdan bəllidir ki, 1735-ci ildə bugünkü Balaxanıda neft verən 52 quyu varmış... M.Hüseyn. • Bəlli edilmək – aydınlaşdırılmaq, aşkara çıxarılmaq. Bəlli etmək – aydın etmək, aşkar etmək, aydınlaşdırmaq, zahirə çıxarmaq, üzə çıxarmaq, meydana çıxarmaq. Bəlli olmaq – aydın olmaq, aşkar olmaq, zahirə çıxmaq, zahir olmaq, bilinmək, müəyyənləşmək, müəyyən olmaq. Şəhərdən gətirdiyim toyuğumun balaları böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq. [Mirzə Səməd:] Mənəm ana, qapını aç, – dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu. M.S.Ordubadi. // Tanış, tanış olan. Bu halda evin qapısı açıldı və pristavın bəlli səsi onun [Məhərrəmin] beynində müdhiş bir zərbə ilə çınladı. H.Nəzərli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bəlli

aydın, aşkar, mə’lum
{açık, aşikâr, malum}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bəlli

belirli, belli


Last searches: