bünövrə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bünövrə
is.
1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. – Əhmədov maşından düşüb salam verdi. Bünövrələrə sarı yeridi. Mir Cəlal. // Məc. mənada. [Fərhad:] ..Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur.. Ə.Haqverdiyev. Lakin o [Hikmət İsfahani] bu səltənətin əsaslandığı bünövrənin, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. M.İbrahimov. Müəllimin fikrinə görə bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazım idi. S.Rəhimov.
2. Çıx. halda: bünövrədən – bax binadan (“bina” sözündə). Bir hörgü ki, bünövrədən gəc ola; Başı ərşə dəysə, dibi düz olmaz. Xəstə Qasım.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bünövrə
özül, binə, əsas, təməl
{ana, bina, esas, temel}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
bünövrə
taban