turklehceleri.org

birdən

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

birdən

zərf
1. Gözlənmədən, qəflətən, qəfildən, nagah. Birdən yıxılmaq. Birdən qulağıma bir səs dəydi. Birdən dili tutulmaq. – ..Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. C.Məmmədquluzadə. Məşədi Əsgər getmək istəyəndə, Həsənəli bəyin sözü birdən yadına düşdü. S.M.Qənizadə. Birdən tingə başından .. bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.
2. Bir dəfədə, bir dəfəyə. Bir stəkan suyu birdən içdi. // Eyni zamanda, bir vaxtda. Hamı birdən oxudu. Hamınız birdən danışmayın. – Ey bivəfa, məni cana yetirdin; Munca cövrü cəfa birdən olurmu? Q.Zakir. ‣ Birdən-ikiyə – heç. [Badam xala:] ..Məni birdən-ikiyə iclasda görmüsən? Mir Cəlal. Mən birdən-ikiyə danışmamışam. Ə.Sadıq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

birdən

gözlənilmədən, qəflətən, qəfildən, nagah
{beklenmeden, aniden, habersiz, ansızın}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

birdən

birden, birdenbire


Last searches: