bina
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
bina
[Köken: Arapça] Kurulma
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
bina
и. бина; □ bina etmek тезү
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
bina
Türkiye Türkçesi: bina
Azerbaycan Türkçesi: binã
Başkurt Türkçesi: yort karaltı bina
Kazak Türkçesi: ğiymarat
Kırgız Türkçesi: imarat
Özbek Türkçesi: binà imàrät
Tatar Türkçesi: bina korılma karaltı
Türkmen Türkçesi: binã cãy
Uygur Türkçesi: bina imarät
Rusça: zdaniye stroyeniye
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bina
is. [ər.]
1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. – [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov. Ferma müdiri .. məni binaya apardı. İ.Əfəndiyev. Oynamaq üçün teatr binası yox idi. S.Rəhman. // Məc. mənada. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas məqamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. Ü.Hacıbəyov. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır. M.S.Ordubadi.
2. dan. Bünövrə, özül, təməl, əsas. Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır. // Məc. mənada. Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli. • Bina edilmək – bax bina olunmaq. Bina etmək – 1) təsis etmək, əsasını qoymaq. ..Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun .. yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə; 2) məc. düzəltmək, təşkil etmək, qurmaq. Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani. Bina ol(un)maq – tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq. Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfdən bina olmuş? S.S.Axundov. [İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev; // Məc. mənada. Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. Bina qoymaq – 1) tikmək, təsis etmək, qurmaq, özül atmaq. Məşədi Əsgər tərəqqi edəndən sonra, öz köhnə muzdur yoldaşlarından bir neçələrini başına yığıb, onlara əl tutmaq üçün gəmiçilik şirkəti bina qoydu. S.M.Qənizadə; // Məc. mənada. [Süleyman bəy:] Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Ə.Haqverdiyev; 2) məc. köhn. Həll etmək, çarə düşünmək, əncam çəkmək. [Səkinə xanım:] İndi dur get, Əzizbəyi bura çağır, görüm bu işə nə bina qoyur? M.F.Axundzadə; 3) qəsd etmək, istəmək, başlamaq, təşəbbüs etmək. [Məşədi] istədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. Ə.Haqverdiyev. Binası qoyulmaq – bax bina olunmaq. Həmin binası qoyuldu möhkəm; Gülümsər kainat, gülümsər həyat. S.Vurğun. Binasını qoymaq – 1) bax bina etmək; 2) məc. başlamaq. Qara köpək .. Qaraca qızın səyi ilə azacıq sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. S.S.Axundov.
3. Çıx. halda: binadan – ibtidadan, lap əvvəldən, əzəldən. Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri. M.P.Vaqif. Pəriyəm, söylərəm şahü gədadan; Qafiyə dilpəsənd gərək binadan. Aşıq Pəri. Çünki olar ilə başdan, binadan; Birevli kimiyiz ata-babadan. Q.Zakir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bina
I. tikili, mülk, ev
{emlak, mülk, ev}
II. bünevrə, özül, təməl, əsas
{ana, başlıca, temel, esas}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
bina
bina, yapı
Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)
bina
[bina:], at, gurl. 1. Jaýyň düýbi, esasy, binýat. 2. Jaý, ymarat, desga. Bina gurmak. Beýik binalar. 3. göç.m. Bir zadyň düýbi, özeni, başlangyjy.
‣ Bina bolmak salynmak, salnyp gutarylmak, gurulmak. Bu ýerde giň otagly mekdep bina bolar. Bina etmek emele getirmek, düýbüni tutmak, döretmek, salmak, gurmak.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
bina
a. Bina. Bina qilmaq – İnşa etmek; kurmak; dikmek; meydana getirmek.