turklehceleri.org

birə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

birə

is. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü. Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski. Laçın .. tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı. M.Hüseyn. ‣ Kürkünə birə düşmək – təşvişə düşmək, qorxuya düşmək. birə... Adətən birə-bir, birə-iki və s. şəklində işlənərək, ikinci rəqəm kəmiyyətin əslində olduğundan neçə dəfə artırıldığını göstərir. [Əsgər bəy:] On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə-bir qazanarıq; onun qazancı ilə toyunu edərsən! M.F.Axundzadə. [Mirzə Dadaş:] Allah qoysa, mən ondan birə-beş alacağam. N.Vəzirov. Hər gün döyüşlərdə vurduq birə-yüz; Dağlara səs salır hücum borusu. S.Vurğun.


Last searches: