başlıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
başlıq
I. is.
1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. S.S.Axundov. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır o, fəhlələrə. S.Vurğun. Başlıq örtmüş, uzunboğaz çəkmə geymiş Səriyyə içəri girəndə, Salam dik ayağa qalxdı. Mir Cəlal.
2. Keçmişdə: qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı.
3. xüs. Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. Məqalənin başlığı. // Qəzetdə bir neçə məqalə üçün verilən ümumi sərlövhə. Bütün respublika qəzetləri onun [Şamamanın] bu yeni vədini böyük başlıqlarla görkəmli yerlərdə çap edirdi. İ.Əfəndiyev.
II. is. etnoqr. Köhnə məişətdə: ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal, yolpulu. [Xacə:] Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə başlıq verməlidir.. “Aşıq Qərib”. Reyhan .. büsbütün məyus qayıtmışdı. Çünki qıza ağır başlıq istəmişdilər. A.Şaiq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
başlıq
I. sərlövhə
{serlevha}
II. örtü
{örtü}
III. yolpulu
{yol harcı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
başlıq
başlık, manşet