bağır
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
bağır
[Köken: Anlam kayması] Döş, Kökrek
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
bağır
и. 1) гәүдәнең күкрәк өлеше; 2) анат. үпкә-бавыр
Pure Turkish to Turkish (Kuleli)
bağır
1. Ciğer, Karaciğer
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
bağır
Türkiye Türkçesi: bağır
Azerbaycan Türkçesi: köks sinä
Başkurt Türkçesi: kükräk tüş
Kazak Türkçesi: kevde kökirek
Kırgız Türkçesi: kökürök
Özbek Türkçesi: kökräk
Tatar Türkçesi: kükräk tüş
Türkmen Türkçesi: dȫş kükrek
Uygur Türkçesi: mäydä kökräk
Rusça: grud'
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bağır
is.
1. Qaraciyər.
2. Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin diliniz; Bağrım olur şana-şana, durnalar. M.V.Vidadi. ‣ Bağrı çatlamaq – 1) davam gətirməyib ölmək, ürəyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı. – [Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzadə. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. [Əbdül:] İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı; 2) bax. bağrı yarılmaq; 3) ürəyi bərk darıxmaq. Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi. [Vəli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn. Bağrı daşa dönmək – çox sərt olmaq, insafsız olmaq, rəhmsiz olmaq, sərtləşmək. Təğafül etməyin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir. Bağrı dəlinmək – bax bağrı qan olmaq (qana dönmək). Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Məsihi. Bağrı qan olmaq (qana dönmək) – son dərəcə müztərib və mütəəssir olmaq, kədərlənmək, qüssələnmək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Bağrı yanmaq – 1) susamaq; 2) məc. həsrət çəkmək, hicran keçirmək. Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Ələsgər. Bağrı yarılmaq – 1) ölmək; 2) bərk qorxmaq, dəhşətə düşmək. Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. [Məşədi Əsgərin] silisçidən bağrı yarılırdı. S.M.Qənizadə. [Gülnisə:] Danışanda adamın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev. [Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. H.Sarabski. Bağrına basmaq – məhəbbətlə, nəvazişlə qucaqlamaq. Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şirvani. Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Səhhət. Xədicə rəngi qaçmış .. halda içəri girdi və uşaqlarını bağrına basıb .. ağladı. S.S.Axundov. Bağrını çatlatmaq – bax bağrını yarmaq. Bağrını dəlmək – son dərəcə kədərlənmək. Bağrını qana döndərmək (qan eləmək) – həddən artıq kədərləndirmək, iztirab vermək. Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli. Ələsgərəm, sana qurban; Gəl eyləmə bağrımı qan! Aşıq Ələsgər. Bağrını yarmaq – 1) öldürmək; 2) bərk qorxutmaq, dəhşətə salmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Cəlal. [Xəlil:] Ay balam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bağır
I. ciyər (qara)
{ciğer (kara)}
II. ürək, qəlb
{yürek, kalp}
Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)
bağır
bakır. ~ savut: bakır kap, ~ betli: bakır renkli, ~bet: tunç yüzlü, ~ taz: bakır leğen.