aşiq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
aşiq
is. [ər.] Birisinə məhəbbət bağlamış, vurulmuş, bənd olmuş adam; vurğun. Eyləməz xəlvət sərayi-sirri-vəhdət məhrəmi; Aşiqi məşuqdən, məşuqi aşiqdən cida. Füzuli. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan. Hər aşiqin ki sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, könlündə dağı var. S.Ə.Şirvani. // Məftun, vurulmuş, aludə. Mən təbiətin bu gözəlliklərinə aşiqəm. O, öz sənətinin aşiqidir. – Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Mirzə Səfərin söhbətlərinə hamı aşiqdi. Gözəl danışardı. Ə.Haqverdiyev. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun. • Aşiq olmaq – vurulmaq, məhəbbət bağlamaq; məftun olmaq. Yarın, bahar mövsümüdür, aşiq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Səhhət. [Səadət:] Oğlum bir könüldən min könülə Gülnaza aşiq olub. M.İbrahimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
aşiq
vurgun, bənd
{vurgun, bende}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
aşiq
âşık