Mərkəz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mərkəz
is. [ər.]
1. fiz. riyaz. Fiqurda hər hansı oxların, xətlərin kəsişdiyi nöqtə, bir cisimdə hər hansı nisbətlərin toplaşdığı nöqtə. Təzyiq mərkəzi. Dairənin mərkəzi. Simmetriya mərkəzi. Ellipsin mərkəzi.
2. Hər hansı bir şeyin ortası, orta hissəsi. İzdihamın mərkəzi. // Şəhərin, adətən ortasında olan və inzibati binaların, əsas ticarət və bank idarələrinin və s. yerləşdiyi hissəsi. Şəhərin mərkəzi. // Mərkəzi. Qəzənfər .. şəhərin mərkəz küçəsinə yaxınlaşdı. S.Vəliyev.
3. Hər hansı bir işin, rəhbərliyin, idarənin mərkəzləşdiyi yer. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn. [Səriyyə] əvvəlcə [Nuriyyəni] mərkəzdən gəlmiş təhkimçi hesab etdi. İ.Əfəndiyev.
4. Hər hansı bir yer, ölkə və s. üçün inzibati, sənaye, mədəni və b. cəhətdən əhəmiyyəti olan şəhər, böyük yaşayış məntəqəsi. İnzibati mərkəz. Ticarət mərkəzi. – Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn. Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanır. Ə.Vəliyev.
5. Hər hansı bir işi idarə edən ali rəhbərlik orqanı (orqanları). Mərkəzin göstərişi. Mərkəzdən alınan direktivlər.
6. Müəyyən işlə məşğul olan bəzi idarə və ya şöbə adlarının tərkibində işlədilir. Televiziya mərkəzi. Elmi informasiya mərkəzi. Sinoptika mərkəzi.
7. fiziol. Orqanizmin bu və ya başqa vəzifəsini tənzim edən sinir hüceyrələri qrupu. Hərəkət mərkəzi. Tənəffüs mərkəzi.
8. Parlamentlərdə: (sağlarla sollar arasında) aralıq partiyalar və qrupların adı.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
mərkəz
merkez