turklehceleri.org

ağırlaşmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ağırlaşmaq

f.
1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal.
2. Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi ağırlaşmaq. Vəzifəsi ağırlaşmaq. Vəziyyəti ağırlaşmışdır. – Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı. M.Hüseyn. // məc. Daha əziyyətli, daha məşəqqətli, daha əzablı olmaq, daha da pisləşmək, daha da dözülməz olmaq. Yaşayış gündən-günə ağırlaşırdı.
3. Pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq. Xasayın qızdırması artır, halı get-gedə ağırlaşırdı. Ə.Vəliyev.
4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. Otağın havası ağırlaşmışdır.
5. məc. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. Ət istidən ağırlaşdı.
6. məc. Tənbəlləşmək, atilləşmək; özündə bir ağırlıq hiss etmək, hərəkət edə bilməmək. Yeyəndən sonra adam ağırlaşır.
7. dan. Kökəlmək, ətlənmək, yoğunlaşmaq, tosqunlaşmaq. Vücudu gündən-günə ağırlaşır.
8. məc. dan. Hamilə olmaq, ikicanlı olmaq.
9. məc. Daha ciddi olmaq, təmkinli olmaq. Yaşa dolduqca ağırlaşmaq.
10. məc. Zəifləşmək, eşitmə qabiliyyəti azalmaq. Qulağı ağırlaşmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ağırlaşmaq

I. çətinləşmək, mürəkkəbləşmek, gərginləşmək
{çetinleşmek, koyulaşmak, gerginleşmek}

II. pisləşmək, şiddətlənmək
{kötüleşmek, şiddetlenmek}

III. tənbəlləşmək, ətalətləşmək, süstləşmək
{tembelleşmek, hareketsizleşmek faaliyetsizleşmek}

IV. kökəlmək, ətlənmək, yoğunumaq
{şişmanlamak, etlenmek, semizleşmek}

V. zəifləşmək
{zayıflamak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ağırlaşmaq

fenalaşmak, güçleşmek, kötüleşmek


Last searches: