ağrımaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ağrımaq
f.
1. Bədənin bir yerində ağrı hiss etmək. Dişi ağrımaq. – [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.
2. dan. Kefsizləmək, naxoşlamaq. Neçə gündür ki, ağrıyıram.
3. məc. Kədərlənmək, ürəyi sınmaq, incimək. ‣ Ağrımaz başı(m) – sakitlik, qayğısızlıq; cəncəl işə qarışmama, özünə aid olmayan bir işə qarışmamaq mənasında. Azacıq aşım, ağrımaz başım. (Məsəl). [Molla Qasım:] Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın. S.S.Axundov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ağrımaq
I. sızıldamaq, ufuldamaq
{sızlamak, inlemek}
II. kefsizləmek, naxoşlamaq
{keyifsizleşmek, hastalanmak}
III. incimek, kədərlənmək
{üzülmek, kederlenmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ağrımaq
ağrımak