Elan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
elan
is. [ər.]
1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan. – Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal. • Elan etmək – 1) hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. İclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək). – Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Ə.Haqverdiyev. // Mətbuat vasitəsilə bildirmək. İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal; 2) açmaq, izhar etmək, bildirmək. İndi daha gəlib çatmış o zaman; Sənə bir gizli sirr edim mən elan. A.Səhhət. Elan vermək – 1) məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal; 2) qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək. Elani-eşq (elani-məhəbbət) etmək – eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək. [Məhəmmədcəfər] qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışırdı. Qantəmir.
2. köhn. Rəsmi bildiriş vərəqəsi. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
e’lan
bildiriş, xəbər, mə’lumat
{bildiri, haber, malumat}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
elan
bildirge, bilit, duyuru, ilan
English—Turkish Dictionary (FreeDict, 2017)
elan /ˈɜːn/
1. şevk, canlılık, ateşlilik
2. hamle, davranma.
English—Turkish Dictionary (Anonymous)
elan
canlılık
şevk
hamle
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
elan
a. bk. élan.