ağnamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ağnamaq
f.
1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır. // məc. dan. Yerə sərilərək üst-başını toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar. – Günah çamırında ağnayana bax; Onun da baxtına günəş doğulur. M.Araz. Comalaşıb qarışqatək qaynardıq; Yavaş-yavaş bağçalarda ağnardıq… Şəhriyar.
2. məh. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək. Birinin divarının kərpicləri ağnayıb tökülmüşdü biz durduğumuz yerə tərəf. C.Məmmədquluzadə. Elə bil Qədim dayının üstünə bir dağ ağnayıb töküldü. S.Rəhimov.