turklehceleri.org

ağac

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ağac

is.
1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac. – Ağac bar gətirdikcə başını aşağı dikər. (Ata. sözü). // Oduncaq.
2. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. Tikinti üçün xeyli ağac gətirilmişdir. Ağac ehtiyatı.
3. Ələ götürülən əsa. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq. M.Ə.Sabir. ..Ay-vay eləyə-eləyə və öskürəöskürə rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri. C.Məmmədquluzadə. // Dəyənək, çomaq. Ağacla vurmaq. • Əl ağacı – yeriyərkən dirənmək üçün əldə tutulan ağac; əsa.
4. köhn. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. ..Kənd ilə pələngin arası təxminən bir ağac olardı. A.Şaiq. ‣ Ağaca dönmək – 1) bərkimək, qurumaq, sərtləşmək; 2) hərəkətsiz hala gəlmək, hissizləşmək, hissini itirmək. Ağacağaca qoymaq (gəlmək) – dalaşmaq, dava eləmək. Ata oğul ilə, qardaş qardaş ilə köçmək üstündə ağac-ağaca qoyar və çəkişərdi. S.Rəhimov. Uruq ağacı – bax. uruq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ağac

I. oduncaq
{odun}

II. tir, dirək, taxta, şalban
{kütük, direk, tahta, ağaç gövdesi}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ağac

ağaç, ahşap


Last searches: