turklehceleri.org

ayılmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ayılmaq

f.
1. Yuxudan oyanmaq, yuxudan durmaq. Gün dağlara yayıldı; Hər bir yatan ayıldı. A.Səhhət. Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli.
2. Bayğınlığı, sərxoşluğu keçmək, özünə gəlmək; huşa gəlmək, gözlərini açmaq. Sitarə xəyalatdan ayıldı. Yengələr ona gəlin otağında “təlim” verirdilər. Çəmənzəminli. [Salmanov] çaxır boçkası kimi doldurub qarnını, üç günə ayılmaz. S.Rəhman.
3. məc. Gözü açılmaq, fəaliyyətə gəlmək, hərəkətə gəlmək, qəflət yuxusundan ayılmaq, canlanmaq. Hamı bu on ilin müddətində lazımınca ayılıbdır. Ə.Haqverdiyev. Çərxin əcəba seyri də min babət olurmuş; Millət ayılıb talibi-hürriyyət olurmuş! M.Ə.Sabir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ayılmaq

I. oyanmaq, durmaq
{uyanmak, kalkmak}

II. canlanmaq
{canlanmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ayılmaq

ayılmak


Last searches: