Xörək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xörək
is. Bişirilib yeyilən şey, yemək, bişmiş. Ət xörəyi. Xəmir xörəyi. Xörək hazırlamaq. – Xörəyin yeyilməyi iki saat çəkdi... C.Məmmədquluzadə. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. S.S.Axundov. Xarisə qızardılmış qiymədən hazırlanırdı və bütün cah-cəlallı toy məclislərinin süfrəsində birinci və ən vacib bir xörək idi... Ə.Məmmədxanlı. // Plov, aş. Qərənfil xala eyvanın buxarısında qaynayan balaca qazanın ağzını açdı, xörəyin dəmini aldı. Ə.Vəliyev. ‣ ...xörəyi deyil – bacarmaz, ...işi deyil, qabiliyyəti, gücü çatmaz. Məcidin bel tutmağından, dairə boyu gəzişə-gəzişə beli eyni xəttə tez-tez vurmağından Umud başa düşdü ki, kənkanlıq hər adamın xörəyi deyil. İ.Məlikzadə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xörək
bişmiş, yemək
{pişmiş, yemek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xörək
börek