turklehceleri.org

avand

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

avand

is. Bir şeyin, xüsusən, toxunmuş şeyin üst tərəfi, sığallı tərəfi; üz. Bu parçanın astarı avandından yaxşıdır. // Sif. mənasında. Parçanın avand tərəfi. – Qiraətxananın ortasındakı uzun masanın üstü isə .. avandına (z.) bir-birinin üstünə tökülən qəzet, məcmuə və müxtəlif albomlarla dolu idi. Ə.Əbülhəsən. ‣ Avand olmaq, avanda düşmək – uğurlu olmaq, müvəffəqiyyətli olmaq. [Məstəlişah:] Məhzər oxuyuram, xanım, ki işimiz avand olsun. M.F.Axundzadə. [Bədəl:] İt itlə boğuşar, yolçunun işi avanda düşər. Ə.Haqverdiyev. İşin(iz) avand olsun! – müvəffəqiyyət arzusu bildirən ifadə. [Səriyyə:] Salam, bacılar, işiniz avand olsun! M.İbrahimov.


Last searches: