turklehceleri.org

atəşin

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

atəşin

sif. [fars.] Odlu, od kimi isti. Qan-yaş töküb yanında gəzər atəşin kəbab; Məşuqə bənzər atəşü aşiq kəbab ona. Füzuli. // məc. Qızğın, hərarətli, ehtiraslı. Atəşin salam. – Natiq atəşin bir nitq söylədi. M.S.Ordubadi. Dinləyin yanğılı sədalərini; Eşidin atəşin nəvalərini. M.Ə.Sabir. Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov. // Coşqun, dəliqanlı. Cünun səhrasının məcnunları vardır, vəli, Qövsi; Bu meydan bir sənintək atəşin cövlana layiqdir. Qövsi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

atəşin

odlu, isti, qızgın, hərarətli, ehtiraslı, tə’sirli
{ateşli, sıcak, kızgın, hararetli, ihtiraslı, etkili}


Last searches: